Millət vəkili: “Medal sıralamasında 84 ölkə arasında 16-cıyıq”

  • By admin
  • 20 Avqust 2016 11:07

rio-5

“Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarında 14-cü medala sahib oldu!!!”

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, 80 kq çəki dərəcəsində idmançımız Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizədə qalib gəlib . “Afərin, Milad !!! Bu meadlla ölkəmiz rekorda imza atıb. Dörd il əvvəl London olimpiadasında yığmamız ən çox 10 medala sahib olmuşdu. Bu yarışlarda isə biz öz rekordumuzu daha dörd pillə yüksəyə qaldırmışıq. İrəli, Azərbaycan !!!Biz medal sıralamasında medal sayına görə 84 ölkə arasında 16-cıyıq”-deyə, o, sonra yazıb.

Gununsesi.info