Millət vəkili nəşi düşmən əlində olan əsgərin ailəsində – Foto

  • By admin
  • 08 Yanvar 2017 23:00

15871704_1052380051540700_4198672789004762680_n

 

Millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Tovuz istiqamətində ön cəbhədə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Çingiz Salman oğlu Qurbanovun ailəsini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, millət vəkili bu haqda məlumatı öz rəsmi “Facebook” səhifəsində yazıb:

“Nur içində yatsın dəyərli şəhid qardaşımız. Tovuzda ön cəbhədə yoldaşları onun haqqında çox gözəl şeylər danışırdılar və elə dəyərli övladı böyüdən ata-ana əli öpüləsi valideynlərdir ki, yaxşı oğul böyüdüblər”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Salman oğlu Qurbanov şəhid olub.

Müdafiə Nazirliyi əsgər Çingiz Salman oğlu Qurbanovun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info