Millət vəkili: “Nicat Rəhimovun olimpiya çempionu olması faktı xalqımızın böyük potensialından xəbər verir”

  • By admin
  • 19 Avqust 2016 13:56

sahib aliyev smile

“Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bundan öncəkilərdən daha çox medal əldə etdik. Yəqin davamı da olacaq. Biz burada medal qazanan bütün idmançılarımızın uğurlarına sevinir, onlara təbriklərimizi çatdırırıq və düz də edirik”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Sahib Alıyev qeyd edib. O, deyib ki, ancaq Azərbaycanı təmsil etməsələr də, azərbaycanlı olan idmançılar da var ki, onların da uğurlarına sevinməmək olmur:

“Düz 20 il idi ki, Rusiya qılıncoynadanları çempion adına həsrət qalmışdılar. Elə 20 il bundan öncə Rusiya yığmasının tərkibində özü olimpiya çempionu olmuş azərbaycanlı İlqar Məmmədov bu dəfə baş məşqiçi kimi həmin ölkənin qılıncoynadanlarına birinci yer qazandırdı.

Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun olimpiya çempionu olması faktı da xalqımızın böyük potensialından xəbər verir. Belə oğullarla fəxr etməliyik. Gənclərimiz öncə elmə meyllənməli, yox əgər elm onları çox da çəkmirsə, bu cür oğlanların yoluyla getməlidirlər. İgidlik, qoçaqlıq, kişilik, mərdlik, qorxmazlıq rinqdə və cəbhdə daha yerində görünür”.

Gununsesi.info