Millət vəkili: “Qanunvericilik sahəsində bəzi boşluqlar var”

  • By admin
  • 17 Dekabr 2019 16:22
“Sosial sifarişlər haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac var.

Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hələ də qanunvericilik sahəsində bəzi boşluqlar var:
“Bir neçə il əvvəl “Sosial xidmətlər haqqında” qanun qəbul edildi. Amma təcrübə onu göstərir ki, yeni yanaşmaya ehtiyac var. Bu gün heç kimə sirr deyil ki, bütün dünyada sosial təminat xidmətlərinin satın alınmasının böyük əksəriyyəti məhz QHT tərəfindən həyata keçirilir.
A.Quliyev vurğulayıb ki, bu gün üçün “sosial sifarişlər haqqında” qanun layihəsinin qəbulu çox aktualdır:
“Bu layihə Şura tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunub. Ümid edirəm ki, Milli Məclisin növbəti çağırışı formalaşan zaman bu məsələyə də baxılacaq”.