Millət vəkili: “Qarabağ probleminə yanaşmada Rusiya ilə Azərbaycanın, Qərblə isə Ermənistanın maraqları üst-üstə düşür”

  • By admin
  • 16 Avqust 2016 10:30

sahib aliyev smile

“Son zamanlar Sərkisyana qarşı baş qalıdıran narazılıq dalğasını bizdə daha çox Ermənistanda yaranmış acınacaqlı vəziyyətlə əlaqələndirirlər. Oysa bütün bu narazılıqları bir tərəfdən Sərkisyanın özü, digər tərəfdən isə qərbdəki bəlli çevrələr təşkil edir. Paradoksal grünsə də, Sərkisyan özünə qarşı yönələn bu narazılıqların baş qaldırmasında ona görə maraqlıdır ki, bununla Dağlıq Qarabağ probleminin həlliylə bağlı təzyiqlərin yaxşı heç nəyə aparıb çıxarmayacağı, Ermənistanda çeviriliş olacağı və hakimiyyətə daha sərt xətt tərəfdarlarının gələcəyi ortaya çıxır”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev qeyd edib.  Onun sözlərinə görə, Qərbdəki bəlli çevrələr bu narazılıq dalğasını ona görə təşkil edirlər ki, onlar problemi Rusiyanın çözməsini və həm də özü istədiyi kimi çözməsini istəmirlər. O, deyib ki, bunu açıq şəkildə demir, üzdə hətta Moskvanın bu yöndə atdığı addımları dəstəklədiklərini bildirirlər, altda isə erməni dövlətindən qat-qat güclü olan erməni diasporunu ayağa qaldırırlar.
“Baxın, Los Ancelesdəki ermənilər sonuncu aksiyalarında Sərkisyandan indiyədək göndərdikləri pulların geri qaytarmasını və istefasını tələb edirlər. Göndərdikləri pulların əkəsriyyətini oradakı cinayətkar rejimin mənimsədiyini guya onlar indi biliblər? Əlbəttə yox. Elə isə son bir neçə ayadək hər gedişində az qala ayağının altında qurban kəsdikləri Sərkisyan birdən-birə onların güzündən niyə düşüb?Bir daha vurğulayıram bütün bunlar Dağlıq Qarabağ probleminin həlli və Rusiyanın bu məsələdə oynamaq istədiyi rolla bağlıdır.
Rusiyaya gəldikdə orada problemin tam həlli istənilirmi, bu, Moskvanın marağındadırmı? Xeyr. Ancaq dəyişən geosiyasi reallıqlar, özəlliklə də aprel döyüşlərindən sonra yaranmış durum Rusiyaya Qarabağ probleminin tam da olmasa müəyyən bir mərhələydək həllini, yəni bir neçə rayonumuzun geri qaytarılmasını diqtə edir. Ən azından normal məntiqə görə, Moskva məhz bu cür davranmalıdır, bu cür davranış onun işinə daha çox yarayır. Əks təqdirdə Azərbaycanın apreldə olduğu kimi torpaqlarını özü qaytarmağa qalxacağı və bunun da Rusiyanın da yan qaça bilməyəcəyi və onun özünə də yaxşı heç nə vəd etməyən savaşa aparıb çıxaracağı göz qabağındadır.
Bəzən deyirlər ki, bizim regionda savaş Qərbin maraqlarına cavab vermir. Çünki belədə Xəzərin neft və qazının daşındığı kəmərlər təhlükə altında qalırlar. Əgər Qərb deyəndə söhbət təkcə Avropadan gedirsə, doğru yanaşmadır. Yox, Amerika da nəzərdə tutlursa, zənnimcə, yanılışlıq var”.

Millət vəkilinin dediyinə görə, unutmayaq ki, indi Amerika artıq özü nəhəng neft və qaz ixracatçısına çevirlməkddədir.

“Əgər burada regionun böyük dövlətlərinin də yan qaça bilməyəcyi savaş baş qaldırarsa, onda Vaşinqton bundan ancaq uda bilər. Çünki bir tərəfdən Yaxın Şərqdəki kimi regionun bütün dövlətlərini, o sıradan Rusiya, Türkiyə və İranı da zəif salacaq yeni xaos bölgəsi yaranır. Digər tərəfdən Avropanın Amerikadan asılılığı(bura artıq yanacaq asılılığı da əlavə olunur) daha da artır. Təbii ki, belə bir savaş neft və qazın qiymətinin qalxmasına da təsir edəcək. Ancaq qiymətin aratcağı təqdirdə bundan ən çox qazanan başları xosa qarışmış Rusiya və İran kimi nəhəng karbohidrogen yataqlarına sahib ölkələr deyil, şist neftinin geniş həcmdə çıxarılmağa başlandığı Amerika olacaq.
Bir sözlə, indi elə bir vəziyyət yaranıb ki, Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya ilə Azərbaycanın, Qərblə isə Ermənistanın maraqları üst-üstə düşür. Yəni Rusiya savaşdan qaçılması üçün problemin çözümündə müəyyən irəliləyişlərin olmasını istəyir, qərbin marağı isə diqtə edir ki, ya status kvo qorunub saxlansın, ya məsələ Ermənistanın xeyrinə həll edilsin və bunundan sonra onu öz forpostlarına çevirməyin yolu açılsın, ya da regionda Türkiyə ilə Rusiyanın da kəllə-kəlləyə gələ biləcəyi savaş baş qaldırsın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Gununsesi.info