
Deputat Tahir Kərimli dövlət müstəqilliyinin 25 illiyi münasibətilə xalqı təbrik edib.
Gununsesi.info xəbər verir ki, Müstəqillik Aktına səs verən deputat olaraq səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə ünvanıma çoxsaylı qınaqlar səslənir: “Ən böyük arzumuz odur ki, bütün problemlər həll olunsun və bizə qarşı qınaqlara da son qoyulsun”.
T.Kərimli şəhid ailələrinə status verilməsi ilə bağlı məsələyə aydınlıq gətirərək bildirdi ki, mən də şəhid dayısıyam, bir bacım oğlu şəhid olub, digər bacım oğlu da müharibə əlilidir. “Elə şəhid ailələri var ki, 18 ildir mənzil növbəsində dayanıb. Bu insanların mənzillə təmin olunması üçün 272 min 550 min manat vəsait lazımdır. Ancaq indiyədək cəmi 40 milyon pul ayrılıb. Bu iş də 2018-ci ildə başa çatmalıdır. Prezidentin sərəncamı yerinə yetirilməyəcək hala düşüb. Demirəm ki, kimlərsə bilə-bilə prezidentin sərəncamını pozur, ola bilsin ki, yaddan çıxıb”.
Gununsesi.info