Millət vəkili şəhid ailələrini bir araya topladı - FOTOLAR

Bu gün YAP Nəsimi rayon təşkilatının binasında 44 günlük Vətən mühəribəsinə həsr edilmiş “Tariximizin Şanlı Zəfər Salnaməsi” adlı foto-stend-kompozisiya açılmışdır.
Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə karantin qaydalarına əməl etməklə partiyanın binasında rayon ərazisində yaşayan Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir.
Görüşdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir.
Tədbiri YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açmışdır. O, dövlətimiz tərəfindən müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsi, qorunub saxlanmasında, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarımızın xatirəsinə dərin ehtiram göstərildiyini və dövlətimizin onların ailə üzvlərinə daim diqqət və qayğı göstərdiyini vurğulayıbdır. M. İbrahimqızı keçən il 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin və Azərbaycanın Müzəffər Milli Ordusunun qazandığı misilsiz Zəfərdən və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış şücaətinin milli qürur olduğunu qeyd etdi. O, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi torpaqlarımızın eməni işğalından azad edilməsində həyatını itirən şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin rəşadət və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan xalqı var olduqca əbədiyaşar olacağı fikirlərinə hər bir azərbaycanlının hörmət və ehtiram etməyə borclu olduğunu” xatırlatdı.
Daha sonra O, Azərbaycanda Qarabağ müharibəsi şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir və dövlətimiz gücləndikcə bu qayğl və dəstəyin daha da genişlənəcəyini bildirmişdir.
Məlahət İbrahimqızı çıxışında qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. ”
Tədbirdə iştirak edən şəhid ailələrinin nümayəndələri çıxış edərək onlara daima dövlət qayğısı göstərən ölkəmizin başçısı möhtərəm cənab İlham Əliyeva minnətdarlıqlarını bildirdilər. Şəhid ailələri , bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini də səsləndiriblər.
Görüş çərçivəsində Yeni Azərbaycan Partiiyası Nəsimi rayon təşkilatının qərargah binasında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinə və bu müharibədə qazanılan möhtəşəm Zəfəri əks etdirən “Tariximizin Şanlı Zəfər Salnaməsi” adlı foto-stend-kompazisiya açılmışdır. Kompazisiyada ayrıca olaraq, “ Şəhidlər Ölməz Vətən Bölünməz”
“ Müzəffər Ali Baş Komandan” foto-stendləri də təşkil olunmuşdur.
Görüşün sonunda Vətən müharibəsi xatirəsinə həsr edilmiş Tariximizin Şanlı Zəfər Salnaməsi, “Şəhidlər Ölməz,Vətən Bölünməz” və “Müzəffər Ali Baş Komandan” stendləri nümayiş etdirilmiş və sonra xatirə şəkli çəkdirilmişdir.

HTML tutorial

Gununsesi.info