Millət vəkili şəhid ailəsilə əlaqə saxladı, şəhidin xanımı həkim nəzarətinə götürüldü – YENİLƏNİB

  • By admin
  • 15 Avqust 2016 11:59

rahim

“Bu gün mətbuatda aprel döyüşlərində şəhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın bir neçə məsələ ilə bağlı müsahibəsi çıxıb. Şəhid ailəsi Mingəçevirdə yaşadığına görə dərhal Vüsalə xanımla əlaqə saxladım. Qaldırdığı məsələlərin bir qismi həll olunmaq mərhələsindədir və bu barədə ona məlumat verildi”.

Gununsesi.info xəbər verir ki, bunu Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə deyib.

Onun dediyinə görə, digər məsələrlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi ilə əlaqə saxlayıb.

“Şəhid statusu ilə əlaqədar bir neçə məsələnin həllinin şəhər rəhbərliyinin nəzarətində olduğunu və yaxın günlərdə həllini tapacağını bildirdilər. Şəhər xəstəxansından dərhal onun evinə həkim göndəriləcəyinə söz verdilər və nəticəsi bardədə mənə bu gün məlumat verəcəklər.

Şəhər təhsil şöbəsi şəhid ailəsinin məktəbə hazırlıq məsələsini öz üzərinə götürüb.

Bütün bu məslələr barədə şəhidin ailəsinə xəbər verildi və qarşılaşdığı istənilən problem barədə mənə müraciət etməsini xahiş etdim”.

***

A. Mirzəzadə bir az öncə isə öz “Facebook” statusunda isə qeyd edib ki, şəhid Rəhim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyevanın müalicə məsələsi ilə bağlı Mingəçevir mərkəzi şəhər xəstəxanasının baş həkimi ona zəng edib.

“Bildirdi ki, onun tapşırığına əsasən şəhər poliklinikasının baş həkimi şəhidin həyat yoldaşına zəng edib. O, sabah poliklinikaya gələcəyini bildirib. Vüsalə Tağıyeva tam müayinədən keçiriləcək və müalicəsi nəzarətə götürüləcək.

Bu barədə indicə şəhid ailəsi ilə yenə danışdım”-deyə, millət vəkili sonra qeyd edib.

 

aydin

Gununsesi.info