Millət vəkili təmsil olunduğu partiyadan istefa verdi

Millət vəkili təmsil olunduğu partiyadan istefa verdi

1683783_940x531

İzmir millət vəkili Aytun Çıray bu gün təmsil etdiyi CHP-dən istefa verdiyini bəyan edib.

Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, istefa verən millət vəkili Aytun Çırayın Meral Akşenerin quracağı partiyaya keçəcəyi gözlənilir.

Meral Akşener isə yaradacağı partiyanı oktyabrın 25-də açıqlayacaq. Meral Akşener həmin gün yaradacağı partiyanın detallarını açıqlayacaq. Meral Akşenerin yaradacağı partiyada Türkiyə Böyük Millət Məclisində   təmsil olunan müstəqil deputatlardan Nuri Okutan, Koray Aydın və Ümit Özdağın da yer alacağı bildirilir.

M.Akşenerin Aytun Çırayla bağlı məsələyə aydınlıq gətirərək deyib ki, bunu özündən soruşun: “Amma bizim nə AKP, nə  CHP-dən, nə MHP-dən hansısa yolla transfer etmək niyyətimiz yoxdur”.

Gununsesi.info

COMMENTS