Millət vəkilindən Avroparlamentə etiraz: “Yaxşı olardı ki, işğalçı Ermənistanı öz ad ilə çağırsın”

  • By admin
  • 02 Sentyabr 2016 16:59
rovsan
“Azərbaycanda insan haqları yüksək səviyyədə təmin olunub və vətəndaşların hüquqları qanunvericilik səviyyəsində müdafiə olunur”.
 Bu fikri Gununses.info-ya açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Parlamentinin Azərbaycandakı insan haqqlarının vəziyyəti, son günlərdə baş verən həbslərlə bağlı keçirilən dinləmələrə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda insan haqları qorunur və tam azaddır. “İstər vətəndaşların sərbəst toplaşmaq, istər fikir plüralizmi, istərsə digər sahələrdə hüquqları yüksək səviyyədə təmin olunur”- deyə, R. Rzayev vurğulayıb. R.Rzayev deyib ki, sentyabrda  keçiriləcək referendumun da elə əsas hədəfi ölkədə insan haqlarının fundamental müdafiəsinin təmin etməkdir. “Amma Azərbaycanın inkişafını gözügötürməyən  istər daxildə, istərsə  xaricdə olan qüvvələr məqsədyönlü şəkildə  mütəmadi olaraq anti-Azərbaycan təbliğatı aparırlar. Avropa Parlamentində  təşkil olunan bu dinləmə də belə kampaniyanın tərkib hissəsidir”- deyə, o bildirib.
Deputat bildirib ki, baxmayaraq Azərbaycanın əleyhinə olan deputatalar var, ancaq bununla belə, orada Azərbaycanı sevən və  Avropa ilə Azərbaycan arasında isti münasibətlərin olmasını istəyən yetərincə parlamentarilər də mövcuddur. “Onlar Azərbaycanla Avropa ölkələri aarsında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxması istiqamətində fəaliyyət göstərirlər və biz onlarla işbirliyindəyik. Ancaq  Azərbaycanın inkişafın istəməyən və ona maneçilik törədən  qüvvələr də mövcuddur. Bu qüvvələr Rusiyada, Amerikada, Fransada, Almaniyada və Avropanın digər ölkələrində erməni lobbisinin təsiri altında fəaliyyət göstərirlər. Əslində onlar  erməni lobbisindən öz şəxsi maraqları və karyeraları üçün yararlanaraq,  Azərbaycan haqqında yalan və həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Artıq onların bu uydurmaları da  keçmir. Dünya artıq onların dediyinə inanmır”- deyə, R. Rzayev bildirib. R. Rzayevin sözlərinə görə, yaxşı olardı ki, o qüvvələr işğalçı Ermənistanı öz ad ilə çağırsınlar: “Elə Azərbaycan mediası da mütəmadi olaraq onlardan işğalçını adı ilə çağrılmasını tələb etməlidir. Daha onların Azərbaycan haqqında dediklərinə yox”.
Mürtəza 
Gununsesi.info