
“Naira Ayrumyan deyilən elə də dərin olmayan, qatı Azərbaycan və Türkiyə əleyhdarı bir şərhçi xanım var. Arada-sırada dəqiq qiymətləndirmələrinə də rast gəlinir”.
Gununsesi.info-nun məlumatına görə,bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
“Həmin xanım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan rəhbərliyindkilərlə danışıqlara hazırlaşması haqda açıqlamasını belə şərh edir: “İrəvan öz xarici siyasət qərarları ilə bağlı hüququnu bütünlüklə Moskvaya veribsə, o zaman Çavuşoğlunun Ermənistanla danışıq aparması nəyə gərəkdir, onun elə Lavrovla danışması kifayətdir”- deyə,o, sözlərinə əlavə edib.
Gununsesi.info