Hakimiyyət deputatı həmsədrlərdən imtinaya çağırır

  • By admin
  • 15 İyul 2016 00:09

sahib aliyev smile

“Amerikanın dövlət katibi Con Kerri artıq Moskvadadır. Dövlət Departamentinin sözçüsü Con Kirbi səfəröncəsi Kerrinin orada Suriya, Ukrayna və Dağlıq Qarabağdan danışacağını bildirmişdi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə Kerri ilə görüşdə Suriya və Ukraynanın diqqət mərkəzində olacağını açıqladı. Dağlıq Qarabağ haqda heç nə deyilmədi”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Sahib Alıyev dilə gətirib. Onun dediyinə görə, belə anlaşılır ki, ola bilsin, Dağlıq Qarabağla bağlı Amerika tərəfiylə bölüşüləsi elə bir yenilik yoxdur,yəni, problemin həlli yolunda intensiv addımların atılacağı planlaşdırılmır. O, deyib ki, Kreml bununla yəqin həm də Dağlıq Qarabağ probleminin onun üçün Suriya və Ukrayna qədər ciddi önəm daşımadığını sərgiləmək istəyir: “Yən,i diqqətə çatdırlıır ki, ancaq və ancaq Ukrayna məsələində güzəştə gedildiyi halda Suriya probleminin çözümüylə bağlı gələn aya planlaşdırılan toplantı uğurla başa çata bilər. Dağlıq Qarabağa gəldikdə bu problemin həlli məsələsi Rusiyanı o, Amerikanı nə dərəcədə narahat edirsə, bir o qədər edir. Nə artıq, nə əskik.  Elə ona görə də Azərbaycanda körpə uşağı da dindirsən torpaqlarımızın qaytarlımasının bir yolununun olduğunu deyəsidirlər. O da həmsədrlərsiz yoldur”.

Gununsesi.info