Millət vəkilinin pulları əlində qalıb: "Dollara dəyişmək istəyirik, tapa bilmirik"

  • By admin
  • 07 Dekabr 2016 13:11
elmira-axundova
Millət vəkli valyutadəyişmə mənətəqlərinin yenidən bərpa olunmasını təklif edir.
 Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Elmira Axundova Milli Məclisdə (MM)  büdcə müzakirələri zamanı çıxış edib.
 Onun sözlərinə görə, bu gün ölkədə “qara bazar” tüğyan edir.
“Günlərlə əlimizdə pul valyuta  dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki. valyutadəyişmə mənətələri  bərpa edilsin.
Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə   qapadıldı? Axı, bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”– deyə, millət vəkili vurğulayıb.
 Millət vəkili hesab edir ki,  valyutadəyişmə mənətəqlərinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: “Odur ki, hökumət  vəziyyəti dəyərləndirib, düzgün qərar verməlidir”.
Mürtəza
Gununsesi.info