Millətin vəkili olmağı bacaran ADAM - QƏNİRƏ PAŞAYEVANIN DOĞUM GÜNÜDÜR

  • By admin
  • 07 Mart 2018 13:06

Bu gün Milli Məclisin üzvü Qənirə Paşayevanın doğum günüdür.

Qənirə xanım Milli Məclisin bir çox üzvlərindən fərqli olaraq özünün fəaliyyəti ilə sözün əsl mənasında millətin vəkili olduğunu isbat edib. Bunu onun seçiciləri və keçmiş jurnalist həmkarları da görür. Görünür, ona görədir ki, Qənirə Paşayevaya el arasında “deputat” yox, “millət vəkili” deyə xitab edilir.

Qənirə Paşayeva millət vəkili kimi təkcə təmsil etdiyi seçki dairəsində yaşayan seçicilərinin deyil, həm də onun hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın vəkili olmağı bacarıb. etiraf edək ki,  insanaların  dərdinə, probleminə şərik olan belə millət vəkillərimiz təəssüf ki, azdır. Bir vətəndaşın probleminin həlli üçün hətta tanımadığı, ərk etmədiyi belə məmulara söz deyə bilir. Hansı ki, əksər deputatlar “filankəsi tanımıram” deyə yanına gələni ümidsiz yola salır. Amma O, fərqlidir. Məhz bu fərqliliyinə görə də sevilir.

O, jurnalistlik dönəmində olduğu kimi deputatlıq fəaliyyətində də beynəlxalq səviyyədə ermənilərin başağrısına çevrildi. Qənirə Paşayevanın qatıldığı beynəlxalq tədbirlər  erməni nümayəndə heyətlərinin işfası kimi yaddaşlarda həkk olur.

Gununsesi.info olaraq, biz də dostumumuzu doğum günü münasibətiylə təbrik edir, ona  şəxsi və ictimai həyatında uğurlar diləyirik.

Gununsesi.info