
Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Gununsesi.info xəbər verir ki, Misir milli komandası yarımfinalda Burkina-Faso yığması ilə qarşılaşıb və matç 1:1 hesabı ilə başa çatıb. Oyunsonrası penaltilər seriyasında rəqibini məğlub edən Misir millisi adını finala yazdırıb.
İkinci yarımfinalçının adına bu gün oynanılacaq Kamerun-Qana görüşündən sonra aydınlıq gələcək.
Gununsesi.info