Millətlər Liqası: Millimiz bu gün növbəti oyununu keçirəcək

  • By admin
  • 06 İyun 2022 09:05

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

22:45. Belarus – Azərbaycan

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib – 0:1.

Gununsesi.info