Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.

Gununsesi.info xəbər verir ki, İsveçrənin Montrö şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

HTML tutorial

C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan / Moldova cütünün qalibi yığmaları ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.

C Liqası

3-cü qrup

Slovakiya

Belarus

Azərbaycan

Qazaxıstan – Moldova cütünün qalibi

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Gununsesi.info