Millət vəkili Məlahət İbrahimqızı yüksək bal toplayan gənclərlə görüşdü - FOTOLAR

  • By admin
  • 13 Sentyabr 2017 15:24

IMG_8419

Artıq hər il ali məktəblərə qəbulun nəticələrinə görə rayon üzrə yüksək bal toplayan gənclərlə görüş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında ənənə halını alab.

Gununsesi.info xəbər verir ki, bu gün aralarında 700 bal toplamış Hüseynova İlhamə də olmaqla, 650-dən yüksək bal toplayan 30-a yaxın tələbə və onların valideynləri ilə partiyanın rayon təşkilatının qərargahında görüş keçirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və Gənclər Birliyinin İdarə Heyyətinin üzvü, millət vəkili, Şahin İsmayılov iştirak edib.

Görüşdə çıxış edən tələbə və valideynlər ölkəmizdə dövlətimizin və dövlət başçısının gənclərə, eyni zamanda təhsilə olan diqqət və qayğıdan danışaraq,  Azərbaycan Respublikasının Prezidentinə ə Birinci vitse-Prezidentinə öz təşəkkürlərini bildiriblər.

Görüşün sonunda yüksək bal toplayan tələbə-gənclərə partiyanın rayon təşkilatı tərəfindən hədiyyələr təqdim edilib.

IMG_8459

IMG_8457

IMG_8452

IMG_8437

IMG_8435

IMG_8432

IMG_8419

IMG_8406

IMG_8405

IMG_8402

IMG_8389

Gununsesi.info