Millət vəkili Musa Yaqubun məzarı önündə diz çökdü

  • By admin
  • 24 Sentyabr 2021 17:33

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı mərhum Xalq şairi Musa Yaqubun qəbrini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, şairin qəbirinin qarşısında diz çökən deputat fotoları sosial şəbəkədə paylaşıb.

O, Musa Yaquba şeir də ithaf edib:

Evlər məni çəkmədi, Musa, məzarın çəkdi.

Qapılar bağlı, yollar boş, dağlar cansız.

Payız meşələri qan ağlayırdı,

Buynuz ögey idi doğma insansız…

Qeyd edək ki, Xalq şairi Musa Yaqub 2021-ci ildə 83 yaşında dünyasını dəyişib. Mərhum doğulduğu Buynuz kəndində dəfn olunub.

Gununsesi.info