Deputat: “Müxalifətin iddiaları əsassızdır”

  • By admin
  • 25 İyul 2016 16:25

el-selim

“Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən  “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olundu və 7-ci günün tamamında, yəni, bu gün  Konstitusiya Məhkəməsi də  bu layihəyə baxıb öz müsbət  rəyini verdi. Bu,olduqca əhəmiyyətli və mühüm qərardır, hadisədir”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması , dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün  müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların  fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gələn dəyişikliklərdir.Millət vəkili deyib ki, həmçinin, bu dəyişikliklər bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından meydana çıxan dəyişikliklərdir.

“Odur ki, bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir”- deyən millət vəkili bu baxımdan, radikal adlandırılan müxalifətin Konstitusiyaya təklif edilən dəyişikliklərə etirazını absurdluq və arqumentsizlik hesab edir.

“Onlar iddialarında heç bir məntiq yoxdur, özləri də nəyə etiraz etdiklərini düz-əməlli bilmirlər. Ona görə də radikalların nə deməsinə ciddi fikir verməl lazım deyil. Əsas odur ki, dövlət başçısı Azərbaycanın inkişafını və gələcəyini düşünərək belə bir təşəbbüslə çıxış edib və bu təşəbbüs də Azərbaycan xalqının ürəyindəndir”-deyə, E. Səlimov daha sonra bildirib.

Gununsesi.info