
Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib.
Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. O ürək çatışmamazlığından vəfat edib.
***
“Qafqazinfo”nun özəl olaraq əldə etdiyi məlumata görə, bağbanın vəfat etdiyi bağ millət vəkili Ərəstun Cavadova məxsus olub.
Gununsesi.info












