Millət vəkilləri dəyişikliyə niyə etiraz etdilər?

  • By admin
  • 17 Noyabr 2016 15:15

millimeclis-2015_40

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişiklik millət vəkillərinin ciddi etirazəna səbəb olub.

Nəticədə qanun layihəsində nəzərdə tutulan dəyişiklik yenidən araşdırılması üçün gündəlikdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barəsində məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanunun 25-ci maddəsinə “25-2;- Daşınan əşyaların ipotekasının qeydiyyata alınması üçün dövlət rüsumunun dərəcəsi” müddəası əlavə olunub. Yəni, müddəaya görə,  “daşınan əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üşün 10 manat dövlət rüsumu məbləğinin ödənilməsi nəzərdə tutulur”.

Bu dəyişiklik isə  millət vəkillərinin ciddi etirazına səbəb oldu.

Bildirilib ki, ümumiyyətlə, daşınan ipoteka anlayışı mövcud olmadığından belə bir termin haradan götürülüb.

Müzakirələr zamanı çıxış edən millət vəkili Vahid Əhmədov sual edib ki, daşınan əşyanın ipotekası anlayışı nə deməkdir və bura nələr daxildir.

Komitə sədri Z.Səmədzadə də millət vəkilinin fikrini dəsətkləyərək bildirib ki, elə daşınan əmlak var ki, onun həcmi kişik olsa da, dəyəri milyonlarla ölçülə bilər. “Məsələn bir şəxsin rəsm əsəri ola bilər ki, bunun auksionda dəyəri milyonlarla ölçülə bilər”- deyə, komitə sədri vurğulayıb.

Komitə sədri bildirib ki, məsələni qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumla iki saat müzakirə etsə də, məsələnin mahiyyətini yetərincə aydınlaşdıra bilməyib.

Millət vəkili Cavid Qurbanov isə bildirib ki,  daşınan əşya ipotekası ilə müəyyən siyahının hazırlanması məsələsi qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumla bir daha müzakirə edilsin və ondan sonra məsələ plenar iclasa müzakirəyə təqdim olunsun.

Millət vəkili İlham Əluiyev də qanunda nəzərdə tutulan dəyişikliyin anlaşılmaz olduğundan, araşdırlaraq yenidən müzakirəsini təklif edib.

Millət vəkili Tahir Mirkişili öz növbəsində daşınan əşya ipotekası anlayışının olmadığını dilə gətirərək bildirib ki, məsələ bir daha araşdırılsın.

Müzakirələrin yekunu olaraq qərara alınıb ki, məsələ bir daha qanunvericilik  təşəbbüsü ilə çıxış edən qurumla bir daha müzakirə edilsin.

Mürtəza

Gununsesi.info