Millət vəkilləri DTX-nın son əməliyyatı barədə DANIŞIR

  • By admin
  • 13 Oktyabr 2017 12:46

DTX

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Milli Məclisə terror planını ifşa etməsi barədə xəbər son günlər ölkə gündəminin əsas mövzusu oldu. Ölkəmizin xüsusi xidmət orqanlarının sayıqlığı nəticəsində keçirlən peşəkar əməliyyat onlarla deputatın həyatına qəsd edilməsinin qarşısını aldı.

Gununsesi.info-ya açıqlamasında millət vəkilləri bu əməliyyata görə, Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini təqdir edib.

melahet

Məlahət İbrahimqızı: “Bu əməliyyat sübut etdi ki, istər millət vəkili, istərsə də sadə vətəndaş olsun, hər kəs təhlükəsiz şəraitdə yaşaya, işləyə bilər”

Müstəqilliyimizin ilk illərində də Azərbaycan belə təhdidlərlə üz-üzə qaldığını xatırladan millət vəkili Məlahat İbrahimqızı qeyd edir ki, həmin illərdə ulu öndərimizə, dövlətçiliyimizə qarşı bu cür məkrli planlar işə salınırdı: “Amma Azərbaycan dövlətinin etibarlı əllərdə olması bu planları ifşa edirdi. Bu gün də Cənab prezidentimizin xalqın, dövlətin təhlükəsizliyini etibar etdiyi güc strukturlarımızın başında duranlar peşəkarcasına bunun öhdəsindən gəlirlər. Mən bir millət vəkili kimi fəxr edirəm ki, dövlətimizin keşiyində duranlar var. Konkret olaraq, Dövlət Təhlükəsizlik Xidmətinin yeni komandası və rəhbərliyi son əməliyyatla bunu sübut etdi ki, istər millət vəkili, istərsə də sadə vətəndaş olsun, hər kəs təhlükəsiz şəraitdə yaşaya, işləyə bilər”.

zahid_oruc_esas

ZAHİD ORUC: “PARLAMENTİ VƏ BU VƏTƏNİ BÜTÜN XALQ QORUYUR”

Saytımıza açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, İŞİD qruplaşmasının Yaxın Şərqdə baş qaldırdğı son 6 ildə ona muzdlu statusda qoşulan tərəfdarlar əsasən islam ölkələrindən çıxan şəxslər olub: “Hazırda terror birləşməsinin son qalasının ələ keçirilməsi istiqamətində həyata keçirilən hərbi əməliyyatlar dünya üçün yeni təhlükənin vəsiləsinə çevrilib.Əslində xilafət tərəfdarlarının bir və ya iki ölkə içərisində cihad savaşına girməsi digər ölkələri sanki qoruyurdu.Çünki böyük kriminal dəstələr,insan alveri və narkotranzit üzrə ixtisaslaşmış qruplar,həmçinin uzun illər müxtəlif dövlətlərin nəzarəti altında olan terrorçu dəstələr sabit ölkələrdən çıxaraq xaos bölgələrinə üz tutmuşdular. Lakin indi İŞİD ətrafında çəmbərin daralması əksprosesə təkan verir və cihadçı ünsürlərin daha geniş coğrafiyalara yayılmasını sürətləndirir. Əslində İrak və Suriyada Əl Bağdadi ordusunun son nəfərinə kimi başlarının əzilməməsi həm də onların digər zəif təhlükəsilik qurşaqlarına səpələnməməsi,nəzarət altında saxlanılması üçündür”.

Bununla belə millət vəkili hesab edir ki,  Azərbaycan İŞİD birləməsinin bir nömrəli hədəfində olmayıb: “Lakin terrorçuluq beynəlxalq şəbəkədir və bir dəfə onun sıralarına qoşulub insan qətli ilə məşğul oldunsa,səni daim təqib edəcək və yeni faciələr üçün canlı bomba kimi səndən yararlanacaqlar.O üzdən 2017-ci ilin yanvarında Azərbaycanın təhlükəsizlik qurumlarının həyata keçirdiyi uğurlu antitteror əməliyyatı sübut etdi ki,İŞİD uzantıları ölkəmizi maraq zonalarından biri kimi seçərək, sanki test keçirməyə cəhd göstəriblər.Seçilən hədəflər-strateji təyinatlı obyektlər, administrativ binalar və əhalinin kütləvi toplaşdığı mərkəzlərin ekstremist qrupların diqqət mərkəzində olması sübut edir ki,məqsəd ölkədəki təhlükəsizlik mühitinə zərb vuraraq, terrorçuluğun xofu üzərində özlərinə hakimiyyət qurmaq və hər kəsi özləri ilə hesablaşmağa vadar etmək olub.Azərbaycan dövlətinin təmsilçilərinə,o cümlədən,parlament üzvlərinə qarşı planlaşdırılan azğın terror aktlarında başlıca məqsəd xalqa belə bir mesaj verməyə hesablanıb ki, terrorun əlinin çatmadığı qala və şəxs yoxdur,hətta ən güclü mühafizə sistemlərini və qorunan binaları belə onlar ələ keçirməyə qadirdilər.Millət vəkillərinə qəsd edilməsi dövlət əleyhinə cinayət olmaqla yanaşı,həmçinin onların təmsil etdikləri xalqa qarşı yönələn qəsddir,xəyanətdir. Belə qəddarlıq və amansızlığın hədəfi konkret şəxslər deyil, millətimizi başsız qoymağa çalışan və torpaqlarımızı işğal edərək müstəqilliyimizi süquta uğratmaq niyyətində olan düşmənlə vahid bir səngərdə hamımıza qarşı döyüşməkdir.Halbuki terror bayrağı ilə Azərbaycan parlamentinə daxil olub burada İŞİD-ın hakimiyyətini elan etməyə hazırlaşanlar ,nəinki silahlı mühafizə zirehinə bir addım belə yaxınlaşa bilməyiblər,eləcə də onları öz yuvalarında məhv etmək mümkün olub.Bu o deməkdir ki,kəşfiyyat və əks kəşfiyyatla bağlı dövlətimiz regional dairələrlə,müttəfiq ölkələrin xəfiyyə oqanları ilə sıx əməkdaşlıq sistemini qurmağa nail olub.Eyni zamanda,istər Milli Məclisi,istərsə də bütövlükdə vətənimizi qoruyan hər birimizik,xalqımızdır onun keşiyində duran.Əks halda xaosdan hər kəsə pay düşür-varlıya da kasıba da,dindara da ateistə də,vəzifəliyə də işsizə də.Suriya bunun ən yaxşı nümunəsidir. Digər tərəfdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri hörmətli Mədət Quliyevin “900 nəfərə yaxın şəxsin İŞİD qruplaşması sıralarına qoşulmasına dair” verdiyi açıqlama sübut edir ki,Azərbaycanın müvafiq orqanları terrorçu şəbəkələri, onlara maliyyə və silah yardımı edən dairələri, dini-ekstremizm ideologiyasının zəhəri altında mücahidlər hazıralayaraq ,insan alverindən külli miqdarda qazanc əldə edən şəxsləri yüksək nəzarət sistemləri və qurğuları vasitəsilə daim nəzarət altında saxlaya bilir.Xüsusi missiya ilə ölkəmizə geri dönən adamların 200-ə yaxını vətəndaşlıqdan məhrum edilibsə,o deməkdir ki,millətimizin təhlükəsiziliyi hamımız üçün bir nömrəli məsələ olmalıdır”.

imam 

İmamverdi İsmayılov: “DTX-nın bu əməliyyatı bir daha göstərdi ki…”

Digər bir millət vəkili İmamverdi İsmayılov da Gununsesi.info-ya açıqlamasında DXT-nın əməliyyatını yüksək qiymətləndirdiyini deyib: “Hər bir millət vəkili on minlərlə insanın təmsilçisidir. Bir deputata qarşı olan cinayət onun təmsil etdiyi minlərlə vətəndaşa qarşı törədilmiş hesab olunmalıdır. DTX-nın bu əməliyyatı bir daha göstərdi ki, Azərbaycanın təhlükəsizlik orqanları etibarlı əllərdədir. Yeri gəlmişkən, hörmətli, Mədət Quliyevin bu orqanda apardığı islahatlar, peşəkar kadrların yenidən bu quruma qaytarılması öz müsbət nəticəsini vermiş oldu. Mən fəxr edirəm ki, bizim belə bir güclü dövlətimiz var”.

Gununsesi.info