Millətlər Liqası: Almaniya Ukraynaya, Fransa Portuqaliyaya qalib gəldi

  • By admin
  • 15 Noyabr 2020 11:30

Bu gün UEFA Millətlər Liqasında V tura start verilib.

Gununsesi.info-nun məlumatına görə, ilk oyun günündə A, C və D Liqalarında 9 qarşılaşma keçirilib.

A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edib. Minimal hesablı qələbə qazanan qonaqlar final mərhələsinə vəsiqə əldə ediblər. Qrupun digər oyununda İsveç Xorvatiyaya qalib gəlib – 2:1.

4-cü qrupda Almaniya Ukraynanı 3:1 hesabı ilə məğlub edib. İspaniya isə səfərdə İsveçrə ilə heç-heçəyə razılaşıb.

UEFA Millətlər Liqası

V tur

A liqası

3-cü qrup

23:45. Portuqaliya – Fransa – 0:1

Qol: N Qolo Kante, 54

23:45. İsveç – Xorvatiya – 2:1

Qol: Deyan Kuluşevski, 36, Markus Danielson, 45+2 – Markus Dnielsen, 81 (avtoqol)

Xal durumu: Fransa – 13, Portuqaliya – 10, Xorvatiya – 3, İsveç – 3.

4-cü qrup

23:45. Almaniya – Ukrayna – 3:1

Qollar: Leroy Sane, 23, Timo Verner, 33, 64 – Roman Yaremçuk, 12

23:45. İsveçrə – İspaniya – 1:1

Qol: Remo Froyler, 26 – Jerar Moreno, 89

İstifadə olunmayan penalti: Serxio Ramos (İspaniya), 57, 80

Qırmızı vərəqə: Niko Elvedi, 79

Xal durumu: Almaniya – 9, İspaniya – 8, Ukrayna – 6, İsveçrə – 5

C Liqası

1-ci qrup

21:00. Azərbaycan – Monteneqro – 0:0

21: Kipr – Lüksemburq – 2:1

Qollar: Qriqoris Kasstanos, 34 (penalti), 71 – Yoannis Kusulos, 5 (avtoqol)

Qırmızı vərəqə: Vahid Selimoviç, 33 (Lüksemburq)

Xal durumu: Monteneqro – 10, Lüksemburq – 9, Azərbaycan – 5, Kipr – 4.

D Liqası

1-ci qrup

18:00. Malta – Andorra – 3:1

Qollar: Emili Qarsiya, 56 (avtoqol), Yurgen Deqabriele, 59, Lyuk Dimex, 90+3 – Mark Rebes, 3

21:00. Latviya – Farer adaları – 1:1

Qollar: Vladimir Kameş, 59 – Qunnar Vatnamar, 60

Xal durumu: Farer adaları – 11, Malta – 8, Latviya – 4, Andorra – 2.

2-ci qrup

18:00. San Marino – Cəbəllütariq – 0:0

Qırmızı vərəqə: Davide Simonçini, 49 (San Marino)

Xal durumu: Cəbəllütariq – 7, Lixtenşteyn – 4, San Marino – 2.

Gununsesi.info