“Milla” 1 qəpiklik şok endirimlə ALICILARI ALDADIR (FOTO)

  • By admin
  • 30 Yanvar 2018 14:28

Ölkədə qiymətlərin tədricən artırılması alıcıları nə qədər məyus etsə də, qiymətlər hələ də yüksələn şkalayla sürətlə artır. Bəzi şirkətlər isə qiymətlərdə guya endirim siyasətinə başlasalar da, əslində bu cür aktivasiyalar alıcılarda daha da qıcıq yaradır. Əsasən də süd və süd məhsullarının qablaşdırılmış qutularının üzərində böyük həyəcanla yazılanları oxuyanda, alıcının üzündə acı təbəssüm yaranır. Endirim dediyin də 1 qəpik.

Gözlərinə inanmayanlar marketlərdə “Milla”nın markasıyla qablaşdırılmış süd məhsullarının üzərinə vurulmuş endirim qiymətlərinə baxa bilərlər.

Gununsesi.info-ya müraciət edən alıcı Samirə Qurbanova deyir ki, şirkət rəsmən alıcıları ələ salır:

“Deyim ki, əsl inək südünün olub-olmadığını bilmədiyimiz bu süd məhsulları fantastik qiymətlərlə satışa çıxarılır. Ölkə prezidenti dəfələrlə çıxışında qeyd edib ki, istehlakçıları aldatmayın, əksinə, onlara endirimləri, güzəştləri artırın ki, sizin gəlirləriniz artsın. “Milla” alıcıları aldadır, hələ bir üzərinə “FÜRSƏT” də yazıb. Guya ki, şok endirim edib? Axı bu xalqı aldatmaqdır. Biz heç həmin südün həqiqi inək südü və ya sintetik süd olduğunu da bilmirik. Əlac ona qalıb ki, marketlərdə zərərsiz saydığımız, istehlak qiymətindən qat-qat baha südü alınca, rayonlardan gətirilən süd məhsullarını və ya sintetik hesab edilən quru südləri alıb istifadə edək. “Milla”nın sanki ölkədə aparılan istehlak siyasətindən xəbəri yoxdur. Bu nə biabırçılıqdır?”.

Gülnaz Qənbərli

Gununsesi.info