Milli Anti Dopinq Agentliyinə Şəfəq Hacıyeva rəhbərlik edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir deyib ki, Agentliyin rəhbəri Şəfəq Hacıyeva olacaq: “Biz onu təklif etdik və o da qəbul etdi”.
Azərbaycanda yaradılacaq Milli Anti Dopinq Agentliyi haqqında danışan nazir deyib ki, Milli Anti Dopinq Agentliyi qeydiyyatdan keçirilib və artıq yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq. “Agentliyin nəzdində 3 – terapevtik, apelyasiya və intizam komissiyaları fəaliyyət göstərəcək”- deyə, nazir vurğulayıb.
Onun sözlərinə görə, üzümüzə gələn il 400-ə qədər dopinq analizi götürməyi düşünürük: “Eyni sayda da İslam Oyunlarında olacaq. Bu da 800 edir və yüksək göstəricidir”.
Nazir əlavə edib ki,müxtəlif ölkələr bu cür yanaşmaların əlehinədir. “Çünki elm daim inkişafdadır. 10 ildən sonra dopinqlə mübarizəyə hansı cihazlar yaradılacaq, bu məlum deyil. Bu gün dərman qəbul edib, 10 ildən sonra tapılsa, həmin idmançı öz medalını itirir. Biz razı deyilik. Amma Dünya Anti-Dopinq Agentliyinin öz xətti var. Bizdə hazır olmalıyıq. Qanun qəbul olundu.
Oxşar adlar daşıyan idman federasiya məsələsinə aydınlıq gətirən nazir deyib ki, federasiyalar ictimai birliklərdir: “Biz eyniadlı federasiyanın olmasına icazə vermirik. Belə olarsa, ədliyyə Nazirliyində məsələ qaldırırıq”.
Bu gün Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Hacıyevdir. Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibinin müavinidir. Təbii ki, o federasiya ilə də əlaqələrini pozmayıb”.
Ağırlıqqaldırma Federasiyasının rəhbərliyində baş verən da dəyişikliyə aydınlıq gətirən nazir deyib ki, bu gün Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Hacıyevdir. “Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibinin müavinidir. Təbii ki, o federasiya ilə də əlaqələrini pozmayıb”- deyə, nazir bildirib.
Gununsesi.info











