Milli komandanın futbolçusu ağır zədə alıb

  • By ilhame
  • 25 Mart 2024 19:01

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli ötən gün baş tutan məşqdə zədələnib.

 

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin Bolqarıstan yığması ilə keçirəcəyi oyunun sifariş ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, oyun bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Gununsesi.info