Milli Məclis 2017-ci il dövlət büdcə zərfini qəbul etdi

  • By admin
  • 16 Dekabr 2016 12:32
millimeclis-2015_40
Azərbaycan hökuməti 2017-ci ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı  millət vəkillərinin səsləndirdiyi təklifləri nəzərdən keçirərək təhlil edib.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. 
Onun sözlərinə görə, büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir.
Nazir əlavə edib ki, amma buna baxmayaraq,  millət vəkillərinin  səsləndridiyi  təkliflər nəzərə alınıb.
Artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək:
 “Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Millət vəkillərinin digər təkliflərinə gəlincə, bu məsələlərə mərhələli şəkildə baxılacaq”. 
Sonda büdcə zərfinə daxil olan sənədlər səsə qoyulub və qəbul edilib. 
Mürtəza 
Gununsesi.info