Parlamentin ilk iclasında Milli Məclisin Avropa Parlamnti ilə əməkdaşlıq məsələləri müzakirə ediləcək
Gununsesi.info xəbər verir ki, Milli Məclisin ilk sessiyasında parlamentarilər Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədləri, həmçinin TANAP-la bağlı sənədi, “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sənədi təsdiq edəcək. Bundan əlavə, Azərbaycanla Fələstin arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında, “Azərbaycanla İsveç Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında, Azərbaycanla Malta arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sənədləri ratifikasiya edəcəklər.
Parlamentarilər ilk sessiyada Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri də müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info