Milli Məclis dünya azərbaycanlılarına müracitə etdi.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında 31 dekabr-Dünya Azərbaycanlıları günü ilə əlaqədar olaraq dünyan azərbaycanlılarına müraciət ünvanlayıb.
Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. Müraciətdə Azərbaycan Respublikası bütün yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması ümummilli vəzifələrdən biridir. Dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, Azərbaycan icmalarının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Mürtəza
Gununsesi.info