Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi təsdiqlənib.
Gununsesi.info-nun məlumatına görə, İntizam komissiyasının tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir.
Parlamentin Hesablayıcı komissiyasının tərkibi isə belədir: Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin.
Beləliklə, İntizam komissiyası və Hesablayıcı komissiyanın tərkibi dəyişdirilməyib.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Gununsesi.info