Milli Məclis komitə iclası - Gündəlikdə 5 məsələ var

Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilir. 

Gununsesi.info  xəbər verir ki, iclasın gündəliyinə beş məsələ daxil edilib.

1.    Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabat.

 

2. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsi.

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci   oxunuş).

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar  Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci   oxunuş).