Bununla bağlı Milli Məclisin mətbuat xidməti olaraq deputat Ağacan Abıyevə müraciət etdik. O, müraciətimizə belə cavab verdi: “İyunun 20-də Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sənədin müzakirəsi zamanı dediyim fikirlər və bununla əlaqədar mətbuata açıqlamam tamamilə kontekstdən çıxarılıb. Bu qanun dünyanın əksər ölkələrində qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini yüksək qiymətləndirirəm. Heç kəs bu sənədin aktuallığını şübhə altına ala bilməz. Əsla, qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm. Sadəcə qanun layihəsində deputata verilən hədiyyələr məsələsinə münasibət bildirmişəm. Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”.
Milli Məclisin mətbuat xidməti.
Gununsesi.info