Milli Məclis koronavirusa qarşı səfərbər oldu: Rəhbərlik aylıq maaşlarının bir hissəsini fonda köçürdü

  • By admin
  • 23 Mart 2020 15:07

Azərbaycan Respublikasının Milli Məclisi ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyəti diqqət mərkəzində saxlayır.

Bu barədə Gununsesi.org-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, parlament Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti ilə yardım etmək prosesində fəal iştirak edir. 

“Belə ki, Milli Məclisin rəhbərliyi, komitələr, parlament Aparatının və İşlər idarəsinin kollektivləri özlərinin bir aylıq əməkhaqqının müəyyən hissəsinin bu xeyirxah və olduqca vacib işə ayrılması barədə qərar qəbul ediblər”, – deyə bildirilib. 

Gununsesi.org