
Milli Məclisin növbəti iclası dekabrın 2-də keçiriləcək.
Gununsesi.org-un məlumatına görə, bu barədə Milli Məclis sədri Oqtay Əsədov parlamentin iclasında bildirib.
İclasın gündəliyinə 1 məsələ daxildir. O qeyd edib ki, iclas növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı olacaq.
Spiker deyib ki, Yeni Azərbaycan Partiyasının deputatlarının parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq.