Milli Məclisin martın 7-də keçirilən iclasında gündəliyə 13 məsələ daxil edilsə də, onlardan ancaq beşi müzakirə olundu və fasilə elan edildi.
Gununsesi.info xəbər verir ki, fasilədə isə jurnalistlərə bildirildi ki, parlamentrin günü ikinci hissəsi olmayacaq. Növbəti iclas isə martın 10-da olacaq və gündəlikdəki məsələlər cümə günü müzakirə olunacaq.
Milli Məclisin iclasının yarımçıq saxlanılmasının səbəbi isə izah edilməyib.
İclasın daha çox 8 mart Beynəlxaql Qadınlar Günü ilə bağlı təxirə salındığı ehtimal olunur.
Mürtəza
Gununsesi.info