Milli Məclis Azərbaycanın soyqrımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib.
Gununsesi.info xəbər verir ki, bəyanatı Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.
Bildirib ki, erməniləri 100 il bundan öncə erməni daşnakları Bakı quberniyasında azərbayacanlı və müsəlmanlara qarşı soyqırım siyasətini həyata keçirib. Ermənilər soyqırımı bakı quberniyasından sonra Azərbaycanın digər ərazilərində Qarabağda, Şamaxıda. Gəncədə, Göyçayda, Lənkəranda, Qubada və digər bölgələrdə həyata keçirilib. Bu soyrırım siyasəti nəticəsində on minlərlə azərbaycanlı, müsəlman və yəhudilər vəhşicəsinə qətlə yetirilib, kəndlər yerlə yeksan edilib.
Məqsəd isə Azərbaycan torpaqlarına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq olub.
Bəyanatda eyni zamanda qeyd olunub ki, 1918-ci ildə Rus imperiayasının çökməsi nəticəsində Azərbaycan xalq cümhuriyyətinin qurucuları ermənilərin bu soyqırımının dayandırılması məqsədi ilə ermənilərlə saziş imzalyır. İmzalanmış sənədə əsasən İrəvan ərazisində erməni dövləti yaradılır və bununla da ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin dayandırılması, Azərbaycan ərazilərinə ərazi iddiasından əl çəkmək kimi müəddəalar əksini tapır. Lakin ermənilər imzalanmış sənədin tələblərini pozaraq Azərbaycan ərazilərinə ərazi iddiası ilə çıxış etməklə, soyqırım siyasətini davam etdiriblər. Bu işdə ermənilərə bir sıra ölkələr də dəstək verib və verməkdədirlər.
Erməni cianyətkarların bu hərəkətinə hüquqi qiymətinin verilməməsi sovet dönəmində davam edib və bunun nəticəsində yarım milyon insan öz dogma yurdalrından didərgin düşüb. SSRi-nin dağılması zamanı isə ermənilər Azərbaycana qarşı bir sıra ölkələrin dəsətəyi ilə işğalçılıq siyasətini davam etdirib. Nəticədə 20 faiz Azərbaycan torpağı işğal olunub, bir milyonadək insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, on minlərlə insan şəhid olub və yaralanıb, itkin düşüb.
Azərbaycan ermənilərin bu siyasətini dünya çatdırmaqla bağlı əlindən gələni edib və onların törətdiyi cinayətin cəzasız qaldığı ilə bağlı beynəlxalq təşçkilatlalra müracitə edərək buna hüquqi qiymət verilməsini tələb edib. Azərbaycan Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normaları əsasında həllini tələb edir.
Müzakirələrdən sonra bəyanat qəbul edilib.
Mürtəza
Gununsesi.info