Azərbaycanda filtersiz siqaretlərin istehsalı qadağan olunmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu deputat Rüfət Quliyev bu gün Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, filtersiz siqaretlər insan oqranızminə filterli siqaretlərdən 4-5 dəfə artıq ziyan vurur.
“Ona görə də Azərbaycanda filtersiz siqretlərin istehsalı mütləq dayandırılmalı və istehsalına qadağa qoyulmalıdır. Düzdür, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov uzun illərdir filtersiz siqaretlərin istehsalının dayandırlması və bunun insan orqanizminə nə qədər ziyanlı olması ilə bağlı mübarizə aparsa da, amma hələ də nəticə vermir. Mən də onun bu fəaliyyətini dəstəkləyərək, filtersiz siqaretlərin istehsalının dayandırlmasını hökumətə təklif edirəm”- deyə, R. Quliyev vurğulayıb.
R. Quliyev eyni zamanda, ölkədə istehsal və ölkəyə idxal olunan siqaretlərin əksəriyyətinin insan orqanizminə ciddi ziyan vurduğundan onların xüsusi laboratoriyalarda keyfiyyətinin yoxlaılmasını təklif edib:
“Bu gün Milli Məclis üzvlərinin yarıdan çoxu siqaret çəkir. Ancaq çəkdikləri siqaretin tərkibinin nə olduğu barədə məlumatsızdırlar. Ona görə də bu siqaretlərin keyfiyyəti mütləq yoxlanılmalıdır. O zaman bəlli olacaq ki, siqaretlərin real keyfiyyəti necədir”.
R. Quliyev ölkədə istehsal olunan tütünlə də bağlı mövqeyini açıqlayaraq bildirib ki, ötən ilə 2500 ton civarında tütün yığılıb.
“Düzdür, bu tütün əsasən ixracat üçün nəzərdə tutulur. Ölkə başçısı da tütün istehsalının 10 min tona çatdırılmasını qarşıya hədəf qoyub. Ona görə də biz nəzərdə tutulan həcmdə tütün istehsal etmək üçün bütün imkanlardan istifadə etməliyik ki, tez bir zamanda buna nail olaq.
Burada digər əsas məqam ondan ibarətdir ki, ölkədə yığılan tütün 3 tütün fabriki tərəfindən istehsal olunur. Və onlar 1000-1500 ton tütün məhsulu istehsal etmək qabliyyətinə malikdirlər. Onların gücü daxili bazarı təmin etməyə çatır”- deyə, R. Quliyev bildirib.
Bununla belə, deputat indiki şəraitdə Azərbaycanda toplanan tütünün ixracatında müəyyən problemlərin mövcudluğunu da dilə gətirib.
O, deyib ki, indiki halda Azərbaycan tütününü xaricə ixrac etməkdə müəyyən problemlərlə üzləşə bilər:
“İxrac üçün ilk növbədə tütünün və istehsal olunan məhsulun keyfiyyəti yüksəldilməli, digər lazımı işləri görməliyik”.
Siqaret satışı ilə bağlı danıan R. Quliyev deyib ki, o da siqaretlərin qiymətinin qaldırlmasının tərəfdarıdır:
“Bu gün aksiz markasından və tütün məmulatlarından ildə büdcəyə yüz milyonlarla gəlir daxil olur. Odur ki, mən də ya aksiz markasının, ya da siqaretin qiymətinin qaldırılmasının tərəfdarıyam”.
Mürtəza
Gununsesi.info