Milli Məclis Xocalı faciəsi ilə bağlı yeni qanun layihəsi hazırlayır

  • By admin
  • 28 Noyabr 2016 11:40

millimeclis-2015_40

Azərbaycanda, xüsusən də Qarabağda elə cinayətlər törədilib ki, həmin cinayəti törədən cinayətkarların məsuliyyətə cəlb olunmasında məhdudiyyətlər mövcuddur.

Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova “syqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib. Onun sözlərinə görə, beynəlxalq konvensiyalar hərbi, soyqrım. Etnik təmizləmə siyasəti həyata keçirən cinayətkarları məsuliyyətə cəlb olunmasına imkan yarasa da, Azərbaycan qanuinvericiliyində bu sahədə müəyyən boluqlar var və bu boşluqların doldurlmasına ehtiyac var. “Ermənistanın Azərbaycanın torpaqlarının işğal etməsi nəticəsində xalqımıza qarşı hərbi, soyqırım və etnik təmizləmə cinayətləri həyata keçirilsə də, bu cinayəti törədən cinayətkarların məsuliyətə cəlb olunmasında məhdudiyyətlər var. O baxımdfan Azərbaycan qanunvericiliyində olan boşluqlar doldurulmalıdır”- deyə, B. Muradova bildirib.

Müzakirələr davam edir.

Mürtəza

Gununsesi.info