Milli Məclisdə Aliment Fondunun yaradılması təklif olundu

  • By admin
  • 24 Aprel 2018 12:32

Ombudsman ölkədə Aliment fondunun yaradılmasını təklif edir.

Gununsesi.info xəbər verir ki, son ilərdə ailələrin boşanma hallarının artması ciddi problemlərə yol açmaqdadır. “Son dövrlərdə boşanma hallarının artması nəticəsində alimentlərin verilməsi ilə  bağlı ciddi problemlər yaranıb. Alimentlərin ödənilməsi ilə bağlı məhkəmələrdə xeyli işlər var və  məhkəmənin alimentlərin ödənilməsində məhkəmə icraçıları çox çətinliklərlə üzləşirlər”-deyə, E. Süleymanova vurğulayıb.

 Yaranmış durumdan çıxış yolu kimi E.Süleymanova bildirib ki, uzun müddətdir  Aliment Fondunun yaradılması haqqında fikirlər səslənir: “Boşanmaların artması fonunda belə bir fondun və ya digər mexanizmin yaradılmasına zərurət var”.

 Ombudsman  işçilərin qanunsuz olaraq işdən çıxarılması, iş yerlərində əmək müqavilələrinin olmaması və imzalanan müqavilələrin işəgötürənlər tərəfindən  pozulması faktının  olduğunu dilə gətirib. O əlavə edib ki, işəgötürənlərin  yaşı 65-ə çatan şəxslərələ əmək fəaliyətini davam etdirmək üçün bağladığı müqavilə müddətinin bir ildən iki ilədək artırılmasını təklif edib.

Mürtəza

Gununsesi.info