Milli Məclisdə ilk dəfə - Sessiyalar yayda da davam edəcək

  • By admin
  • 31 May 2019 15:20

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının plenar iclaslarının vaxtı məlum olub.

Gununsesi.org xəbər verir ki, sessiyanın ilk plenar iclasının iyunun 14-də, digər plenar iclasların isə iyunun 28-də və iyulun 12-də keçirilməsi nəzərdə tutulur.

Son illərdə növbədənkənar sessiya dövrü iyul ayını əhatə etməyib, sessiya adətən iyunda başa çatır.

Xatırladaq ki, parlamentin yaz sessiyası bu gün – mayın 31-də başa çatıb