Milli Məclisdə İranın təxribatlarından DANIŞILDI

  • By admin
  • 06 Dekabr 2022 11:50

Son günlər ərzində İran mediasında Azərbaycana qarşı təxribatlar artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov məsələ qaldırıb.

“Xüsusilə qeyd edək ki, “Səhər” kanalı və digər radio qurumları Azərbaycana qarşı təxribat xarakterli məlumatlar verir. Hətta son vaxtlar İran sosial şəbəkələrdə Azərbaycanda yaşayan müxtəlif xalqların adından istifadə edərək gərginlik yaratmaq istəyir . Həmin xalqların adından müxtəlif səhifələr yaradılaraq təxribat xarakterli videolar paylaşılır. Bu baxımdan “Səhər” kanalının peyk vasitəsilə yayımının qarşısının alınması imkanları ciddi nəzərdən keçirilməlidir”,- deyə deputat vurğulayıb.

Gununsesi.info