Milli Məclisdə konfrans öz işinə başlayır

  • By admin
  • 25 Dekabr 2017 10:54

Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans öz işinə başlayır.

Gununsesi.info xəbər verir ki, konfransda giriş nitqi ilə baş nazirin müavini Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxış edəcək.

Məruzə ilə dayanıqlı inkişaf üzrə Milli əlaqələndirmə şurasının katibi Hüseyn Hüseynovun, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, iqtisadi siyasət, sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun çıxışları nəzərdə tutulub.

Mürtəza

Gununsesi.info