Milli Məclisdə media –parlament münasibətləri müzakirə olunur

  • By admin
  • 17 Fevral 2017 11:42
milli-meclis
Milli Məclisdə (MM) media –parlament münasibətləri müzakirə edilir.
 
Gununsesi.info xəbər verir ki, bu gün MM-də parlament rəhbərliyinin, Mətbuat Şurasnın , media qurumlarının rəhbərlərinin birgə iştirakı ilə  media-parlament əlaqələri müzakirə edilir.
Görüşdə MM-in sədr müavini Bahar Muradova,  Aparat rəhbəri Səfa Mirzəyev, Mətbuat Şurasının sədri 
Əflatun Amaşov, KİV-lərə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərov,  qəzet, informasiya agentlikləri, informasiya portallarının rəhbərləri iştirak edir.
Görüşdə giriş nitqi ilə çıxış edən B. Muradova  bildirib ki, Azəraycan dövləti mətbuatın  rolunu yüksək qiymətləndirir.
“Bu prosesdə öz yerini tutmağa çalışan mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Azərbaycanda qısa müddətdə çox böyük uğurlar əldə  olunub. Bu uğurların  əksəriyyəti mətbuatla bağlıdır. Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var.
Mətbuat üzərinə düşən işi yerinə yetirməkdədir. Hakimiyyətin vacib qanadlarından olan parlamentin fəaliyyətinin işıqlandırılması, parlament- media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik. Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırki mərhələyə gəlib çıxıb”- deyə, B. Muradova vurğualyıb.
B.Muradova əlavə edib ki, millət vəkilləri də, jurnalistlər də xalqın hakimiyyəti adından danışır, onların hüquqlarnı müdafiə edir:  
“Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik. Biz parlamet olaraq mətbuatın işinə önəm veririk. Milli  Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru -düzgün çatdırılmasında müəyyən problemlər var. Bugünkü görüşün də əsas məqsədlərindən biri  mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir”. 
 Mürtəza 
Gununsesi.info