
Sabah, yanvar ayının 18-də parlament üzvləri qış tətilindən sonra il toplantıya yığışacaqlar.
Gununsesi.info xəbər verir ki, Regional məsələlər komitəsinin hesabat iclası keçiriləcək.
İclasın gündəliyində Milli Məclisinin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsinin gördüyü işlər barədə hesabat dinlənəcək.
İclasda həmçinin, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsinin təqdim olunması planlaşdırılıb.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların qış tətilinin müddəti yanvarın 15-də başa çatıb. Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxıblar.
Gununsesi.info