
Milli Məclisin (MM) bu gün növbəti plenar iclası başlayıb.
Gununsesi.info-nun məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan edib.
İclasın gündəliyinə 27 məsələ daxildir.
Bunların arasında Azərbaycanın ötən həftə müzakirələrdən sonra verilən təkliflərə baxılması üçün hökumətə təqdim edilən 2017-ci il üzrə dövlət büdcə zərfi də var.
***
“Növbəti ildə mədəniyyət işçilərinin sosial şəraitinin yaxşılaşdırlması məqsədi ilə büdcədən mədəniyyət sahəsinə 3 milyon manat vəsait ayrılıb”.
Bunu isə maliyyə naziri Samir Şərifov çıxışı zamanı deyib.
Onun sözlərinə görə, MM-də 2017-ci ilin büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndridiyi təkliflərin bir çoxu büdcə zərfində nəzərə alınıb.
Nazir deyib ki, mədəniyyət sahəsinə nəzərdə tutulan vəsaitin 3 milyon manat həcmində artırlması, MM-in büdcəsinə isə əlavə 850 min manat ayrılması təklifi hökumət tərəfindən qəbul edilib və büdcəyə dəyişiklik olunub.
Mürtəza
Gununsesi.info