Milli Məclisin deputatı ABŞ-nin fəxri vətəndaşlığından imtina etdi

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ Azərbaycan münasibətlərinin gərginləşdiyi bir məqamda ABŞ-ın fəxri vətəndaşlığından imtina edib.

Gununsesi.info xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında ABŞ Senatının ermənilərin müdafiə aktını pisləyib və bunu ikili standartaların nümunəsi adlandırıb.

“90-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da oldum. Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Bu gün onların hər ikisindən imtina edirəm”, – deyə deputat əlavə edib.

Gununsesi.info