Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə baxacaq

  • By admin
  • 26 Sentyabr 2019 20:28
“Yaxın günlərdə Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək”.
Gununsesi.org xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.
O bildirib ki, İntizam Komissiyasının 9 üzvü var: “Həmin üzvlər bir araya gəldikdən sonra yaxın günlərdə İntizam Komissiyasının iclası keçirləcək. Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsi müzakirə olunacaq”.
Gununsesi.org