Milli Məclisin keçmiş vitse-spikerini bu şəkildən də görün… - FOTO

  • By admin
  • 29 Sentyabr 2019 12:38

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli yazının əvvəlində təqdim olunur.

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır.

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan yəqin ki tanıya bilmədiniz..

Bu şəkildəki şəxs keçmiş deputat və eks-səfir Yaşar Əliyevdir.

O Yaşar Əliyev ki, Milli Məclisin yeganə deputat olub ki, parlamentdəki yerini mərhum Heydər Əliyevə təklif edib.

Yaşar Əliyev 1948-ci ildə iyulun 5-də Bakıda anadan olub. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildən oranı bitirərək, həkim ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb, 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may ayınadək Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada 1982-ci ilin dekabr ayına kimi cərrahiyyə şöbəsində həkim, sonra isə baş həkimin müavini və 1984-cü ilin mart ayından xəstəxanasının baş həkimi işləyib.

1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin 50 nəfərlik üzvündən 1-i seçilib.

1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, 1995-ci il I çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilərək, Milli Məclis sədrinin müavini kimi fəaliyyət göstərib.

O, parlamentin Azərbaycan-İran iqtisadi komissiyasında sədr, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında Azərbaycan  nümayəndə heyətinin rəhbəri olub.

2002-2011-ci illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.

2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasınıdakı səfiri vəzifəsindən geri çağırılıb. Hazırda Prezident təqaüdçüsüdür.

Yaşar Əliyevin YAP-ın yaradılmasında böyük xidməti olub.

20-dən çox elmi əsərin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.(Modern.az)