Milli Məclisin komitələri fəaliyyətə başlayır

  • By admin
  • 05 Sentyabr 2016 12:38
mm
Növbəti həftədən etibarən Milli Məclisin (MM) komitələri fəaliyyətə başlayır. 
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, sentyabrın 12-dən sonra parlamentin komitələri işlərinə başlayacaq. Komitə iclaslarında hər komitə parlamentin 2016-cı il payız sesisyasında müzakirəyə çıxaracağı  məsələləri müzakirə edib iş qrafikini müəyyən edəcəklər. Bunun nəticəsində də parlamentin payız sessisyasının iş qrafiki  müəyyənləşəcək.
Milli Məclisin 2016-ci il ilk payız  sessiyasının plenar iclasına gəldikdə isə A. Təvəkküloğlu deyib ki, hələlik ilk sessiya iclasının dəqiq vaxtı müəyyənləşməyib. “Çünki həmən gün istirahət gününə düşür”-deyə, o, bildirib.
Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə əsasən parlamentin payız sessiyaları oktyabr ayının 1-də başlayır. Ancaq oktyabrn 1-i  istirahət və yaxud bayram günlərinə düşdükdə, qanunvericiliyə uyğun olaraq ilk iclasın vaxtı ya bir gün əvvələ və yaxudda sonraya çəkilir.
2016-cı il oktyabrın 1-i  şənbə günü istirahət gününə düşdüyündən ilk  sessiya iclası ya avqustun 30-da və yaxud da oktyabrın 3-də keçiriləcək.
Mürtəza 
Gununsesi.info